Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər ikitərəfli gündəliyin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə ediblər, bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]