Çay hövzələrində qarölçmə işləri aparılır
Bakı, 5 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin çöl tədqiqat ekspedisiya qrupu yaz-yay gursulu dövrünün axım proqnozunu hazırlamaq məqsədilə martın 1-dən qar ehtiyatları üzərində müşahidə-qiymətləndirmə işlərinə başlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 20 gün davam edəcək ekspedisiya zamanı Kiçik Qafqazın Gədəbəy, Göygöl, Daşkəsən, Böyuk Qafqazın Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının və Naxçıvan Muxtar Respublikasının çay hövzələrində 28 marşrut üzrə qarölçmə işləri aparılacaqdır.
Nəticələrə əsasən yuxarı çay hövzələrində formalaşan qar-su ehtiyatları qiymətləndiriləcək və bundan gursulu dövrün axım proqnozunun tərtibində istifadə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]