Çaylarda mövcud vəziyyət araşdırılmışdır
Bakı, 22 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 120-215, Kiçik Qafqaz çaylarında 145-155, Lənkəran-Astara bölgəsi çaylarında 85-125, Naxçıvan MR çaylarında 20-25 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 148 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir (2011-ci ildə 123 m3/s olmaqla 72 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 65 m3/san olmaqla, ongünlük normanın 92 faizini təşkil edir (2011-ci ildə 54 m3/s olmaqla 77 faiz təşkil edirdi).
Kür çayının aşağı axınında hazırda Surra məntəqəsində suyun səviyyəsi 623 sm (2011-ci il fevralın 20-də 582 sm), Şirvanda 512 sm (2011-ci il fevralın 20-də 467 sm), Bankədə 341 sm (2011-ci il fevralın 20-də 327 sm), Araz çayının Novruzlu məntəqəsində isə 341 sm (2011-ci il fevralın 20-də 300 sm) təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]