Çayların mövcud vəziyyəti araşdırılmışdır
Bakı, 27 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 120-220, Kiçik Qafqazda 140-150, Lənkəran-Astarada 50-90, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20-25 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 143 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 72,0 kubmetrdir.
Araşdırmaya görə, Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 638, Şirvanda 522, Bankədə 338, Araz çayının Novruzlu məntəqəsində isə 330 santimetr olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]