Çayların mövcud vəziyyəti araşdırılmışdır
Bakı, 6 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 6-da çayların vəziyyətini öyrənmək üçün araşdırma aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 115-185, Kiçik Qafqazda 130-135, Lənkəran-Astarada 55-75, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20-25 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 144 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 82,0 kubmetr olmuşdur.
Araşdırmaya görə, Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 704, Şirvanda 584, Salyanda 518, Bankədə 363, Araz çayının Novruzlu məntəqəsində isə 410 santimetrə çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]