Çayların sululuğu ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 17 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 17-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil etmişdir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsininin 4 santimetr azaldığı, su sərfinin saniyədə 205 kubmetr olduğu qeydə alınmışdır. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 1 santimetr artım müşahidə olunmuşdur. Bu məntəqədə su sərfi saniyədə 54 kubmetr təşkil etmişdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik baş verməmişdir.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 309, Şirvanda 135, Salyanda 62, Bankədə 167, Araz çayının Novruzlu məntəqəsində isə 56 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]