“Çelsi” klubu “İnter”in hücumçusu ilə maraqlanır
Bakı, 6 may, AZƏRTAC
İngiltərənin “Çelsi” futbol klubu İtaliyanın “İnter” komandasının hücumçusu Lautaro Martinezlə maraqlanır.
AZƏRTAC “Football Insider”ə istinadla xəbər verir ki, İngiltərə klubu yayda futbolçunu heyətinə qatmağa çalışacaq. Transferin məbləği təxminən 75 milyon avro təşkil edə bilər. Futbolçu yaxın vaxtlarda komandaya rəhbərlik edəcək Maurisio Poçettinonun maraq dairəsinə düşüb.
Hücumçu cari mövsüm "İnter"in heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 21 qol vurub və 7 məhsuldar ötürmə edib.
Futbolçunun Milan klubu ilə müqaviləsi 2026-cı il iyunun sonunadək qüvvədədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]