İDMAN
“Çelsi” rəsmi oyunlarda heç vaxt “Real”a məğlub olmayıb
Bakı, 28 aprel, AZƏRTAC
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda İspanıyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasını qəbul edib. Görüş Madridin “Alfredo Di Stefano” stadionunda keçirilib və 1:1 hesabı ilə başa çatıb. Madrid komandası tarixində bircə dəfə də olsa, “Çelsi”ni rəsmi matçlarda məğlubiyyətə uğrada bilməyib.
AZƏRTAC xəbər verir ki, Çempionlar Liqasında heç-heçələrdən başqa, “Kral klubu” ingilislərlə Kuboklar Kuboku turniri çərçivəsində 1971-ci ildə iki görüş keçirib. Birinci oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb, ikinci görüşdə isə “aristokratlar” 2:1 hesabı ilə qələbə qazanıblar.
Komandalar, həmçinin 1988-ci ildə Avropa Super Kubokunda da görüşüblər. “Çelsi” həmin matçda da rəqibini minimal hesabla üstələyib.
“Çelsi” və “Real Madrid” komandaları arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu mayın 5-də Londonun “Stemford Bric” stadionunda keçiriləcək.