Çempionlar Liqası: həftənin ən yaxşı futbolçusu və ən yaxşı qolun müəllifi müəyyənləşib
Bakı, 15 dekabr, AZƏRTAC
UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - altıncı turunun ən yaxşı futbolçusu müəyyənləşib.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubunun fransalı hücumçusu Leroy Sane azarkeşlər arasında aparılan sorğuya əsasən, ən yaxşı oyunçu adına layiq görülüb.
İyirmi iki yaşlı hücumçu bu nominasiyada Neymar ("Paris-Jer-Men”, Fransa), Endryu Robertson ("Liverpul", İngiltərə) və Qiyomo Oaronu ("Yanq Boyz", İsveçrə) geridə qoyub.
Leroy Sane altıncı turda Almaniya "Hoffenhaym"ını 2:1 hesabı ilə məğlub etdikləri matçda hər iki qolun müəllifi olub.
UEFA, həmçinin həftənin ən yaxşı qolunun müəllifinin adını da açıqlayıb. Bu, İspaniyanın "Barselona" klubunun gənc hücumçusu Osman Dembele olub.
Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində müəyyənləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]