Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılır
Bakı, 31 avqust, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.
AZƏRTAC xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mərasimdə Türkiyə çempionu “Qalatasaray”ın da rəqibləri bəlli olacaq.
Püşkatma öncəsi iştirakçı komandalar səbətlərə bölünüblər. İstanbul təmsilçisi sonuncu - 4-cü səbətdə yer alıb.
Çempionlar Liqası
Qrup mərhələsinin püşkatması
I səbət
“Mançester Siti” (İngiltərə), “Sevilya”, “Barselona” (hər ikisi İspaniya), “Napoli” (İtaliya), “Bavariya” (Almaniya), PSJ (Fransa), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland)
II səbət
“Real Madrid”, “Atletiko Madrid” (hər ikisi İspaniya), “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “İnter” (İtaliya), “Borussiya Dortmund”, “Leypziq” (hər ikisi Almaniya), “Portu” (Portuqaliya)
III səbət
“Şaxtyor” (Ukrayna), “Zalsburq” (Avstriya), “Milan”, “Latsio” (hər ikisi İtaliya), “Srvena Zvezda” (Serbiya), “Braqa” (Portuqaliya), PSV (Niderland), “Kopenhagen” (Danimarka)
IV səbət
“Yanq Boyz” (İsveçrə), “Real Sosyedad” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Seltik” (Şotlandiya), “Nyukasl” (İngiltərə), “Union” (Almaniya), “Antverp” (Belçika), “Lans” (Fransa)
Qeyd edək ki, qrup mərhələsinin qarşılaşmaları 19-20 sentyabr, 3-4 oktyabr, 24-25 oktyabr, 7-8 noyabr, 28-29 noyabr və 12-13 dekabrda keçiriləcək.