“Çempionlar" turniri: Azərbaycan güləşçiləri turniri 10 medalla başa vurublar
Bakı, 3 may, AZƏRTAC
Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında güləş üzrə "Çempionlar" turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı ənənəvi yarışda sərbəst və qadın güləşçilər təmsil ediblər.
Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) və Ramik Heybətov (65 kq) qızıl, Ruslan Abdullayev (57 kq) gümüş, Cavidan Əhmədov (70 kq), Əkbər Vəliyev (74 kq), Təbriz Bayramov (86 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıb. 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən
yığma 140 toplayaraq komanda hesabında 3-cü yeri tutub.
Qadın güləşçilər isə 1 dəst medala sahib çıxıblar. Gültəkin Şirinova (53 kq) çempion olub. Ruzanna Məmmədova (55 kq) ikinci, Əsmər Cankurtaran (53 kq) isə üçüncü yeri tutub.
Beləliklə, 2 növün cəmində ümumilikdə 10 (3 qızıl, 2 gümüş, 5 bürünc) medal qazanılıb.
Qeyd edək ki, "Çempionlar" turnirində II dərəcəli beynəlxalq hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]