Çexiya 2026-cı ildən miqrantlar və qaçqınlar üçün sərt tədbirlər tətbiq edəcək
Praqa, 22 avqust, AZƏRTAC
Çexiya Prezidenti Pyotr Pavel miqrantlar və sığınacaq axtaran şəxslər üçün daha sərt qaydaları özündə əks etdirən qanuna düzəlişi imzalayıb. Yeniliklər 2026-cı ilin yanvar ayından qüvvəyə minəcək və prosedurların sürətləndirilməsi, sui-istifadə hallarının qarşısının alınması və əcnəbilərin ölkə ərazisində hərəkətinə nəzarətin gücləndirilməsi məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, düzəlişə əsasən, əcnəbi bir il ərzində cinayət reyestrində qeydə alınmış üç hüquqpozma törətdikdə onun yaşamaq üçün icazəsi ləğv edilə və ya uzadılmaya bilər. Bundan əlavə, artıq Çexiyadan qovulmuş şəxslərin sığınacaq üçün təkrar müraciət etmək imkanı məhdudlaşdırılacaq.
Qanun, həmçinin ukraynalı qaçqınlara müvəqqəti qalma prosedurana da aiddir. Bu statusa Aİ-nin başqa bir ölkəsində malik olan ukraynalılara imtina veriləcək.
Düzəliş Ümumavropa miqrasiya paktı ilə razılaşdırılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]