ÇEXİYA JURNALİSTİ SLOVAKİYA HÖKUMƏTİNİN İCLAS SALONUNDA XƏLVƏTİ DİİNLƏMƏ TƏŞKİL ETMİŞDİR
Slovakiya radiosu bildirmişdir ki, salona baxış zamanı dövlət rəhbərlərinin təhlükəsizliyini təminetmə idarəsinin əməkdaşları informasiyanı ötürmə rejimində işləyən bu aparatı tapmışlar.
Slovakiyanın xüsusi xidmət idarələri hökumətin iclasını xəlvəti dinləmək istəyən təxribatçını operativ surətdə aşkar etmişlər. “Sarı” nəşrlərdən birinə işləyən 24 yaşlı Çexiya jurnalistini iki ilə qədər həbs cəzası və Slovakiyadan deportasiya olunmaq təhlükəsi gözləyir.
Dərhal yerli mətbuatın diqqətini cəlb edən bu hadisənin səbəbkarı deyir ki, o, Baş nazirin mühafizə xidmətinin yaxşı işləyib-işləmədiyini yoxlamaq istəyirmiş.
Slovakiya Baş nazirinin mətbuat katibi Martin Maruşka müxbirin davranışını “jurnalist etikasına zidd” hərəkət kimi səciyyələndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]