Çexiya Praqa üsyanının və Plzenin azad olunmasının 74-cü ildönümünü bayram edir
Praqa, 6 may, AZƏRTAC
74 il bundan əvvəl, 1945-ci il mayın 5-də həmin tarixdən az əvvəl hitlerçilər tərəfindən işğal edilmiş Çexoslovakiyada başlamış etiraz aksiyaları 30 min vətənpərvərin iştirakı ilə tammiqyaslı silahlı üsyana çevrildi. Ertəsi gün isə general Corc Smit Pattonun komandanlığı altında Amerika qoşunlarının səyi ilə Plzen şəhəri azad edildi.
Çexiya Milli Şurasının müraciəti ilə paytaxtda Albert Prajakın rəhbərliyi altında üsyan edənlər Hitler tərəfindən yaradılan Bogemiya və Moraviya protektoratının ləğv olunmasını elan etdilər, poçtu, mərkəzi telefon stansiyasını, radio binasını və bir sıra strateji əhəmiyyətli məntəqələri ələ keçirdilər. Mayın 8-də isə artıq şəhərə sovet qoşunları daxil oldu.
Bu günlərdə bütün Çexiya ərazisində bu tarixi hadisələrin ildönümü ilə bağlı bayram təntənələri keçirilir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]
Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib
- 12.06.2026 [15:30]