Çexiyada miqrasiya və sığınacaq verilməsi qaydaları sərtləşdirilir
Praqa, 5 iyul, AZƏRTAC
Çexiya hökuməti miqrasiya və sığınacaq verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Deputatlar Palatası koalisiya qanun layihəsini təsdiqləyib. Onun müəlliflərinin fikrincə, bu yeniliyin məqsədi sığınacaq axtaranların və miqrantların yerdəyişməsi və qalmasına nəzarəti təkmilləşdirməkdir. Dəyişikliklər, həmçinin beynəlxalq müdafiə ilə bağlı prosesləri sürətləndirməli və onlardan sui-istifadə imkanlarını məhdudlaşdırmalıdır. Avropa İttifaqının Miqrasiya Paktı əsasında hazırlanan sənəd baxılmaq üçün Senata təqdim edilir.
Qanun layihəsini dörd koalisiya partiyasının qanunvericiləri dəstəkləyib. Müxalif ANO və SPD nümayəndələri, əsasən, Aİ Miqrasiya Paktını rədd etdikləri üçün onun əleyhinə səs veriblər. Onların fikrincə, o, miqrantların üzv dövlətlər arasında yenidən bölüşdürülməsini nəzərdə tutur. Pirat Partiyası səsvermədə bitərəf qalıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]