Çin avtomobilləri Mərkəzi Avropadakı payını genişləndirir
Praqa, 4 iyul, AZƏRTAC
Çinin ən böyük avtomobil ixracatçısı olan “Chery” şirkəti “Astana Motors”un regional ofisi ilə tərəfdaşlıq sazişi çərçivəsində Çexiya, Slovakiya və Polşa bazarlarına rəsmi şəkildə daxil olub.
AZƏRTAC xəbər verir ki, bu ölkələrdə satışın payızda başlayacağı gözlənilir. Modellər əsasən “plug-in” (qoşulan) hibrid və ənənəvi daxili yanma mühərrikli SUV “Chery Tiggo 7” və “Chery Tiggo 8” olacaq.
“Biz ekoloji cəhətdən təmiz və sərfəli avtomobillərə sabit tələbat görürük. Çexiyalı müştərilərə qabaqcıl texnologiyalar və yüksək komfortlu krossoverlər təklif etmək istəyirik”, - deyə şirkətin Praqadakı direktoru Aleks Çjan bildirib.
“Chery” 110-dan çox ölkə və regionda fəaliyyət göstərir. Bu gün şirkətin 15 milyondan çox istifadəçisi var.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]