ÇİN ƏHALİSİNİN SAYI 2033-CÜ İLDƏ 1,5 MİLYARDA ÇATACAQ
Komitənin başçısı Çjan Veytsin doğumun məhdudlaşdırılması üzrə hökumət proqramının həyata keçirilməsinin gedişini yüksək qiymətləndirmişdir. Onun fikrincə, əks halda, ölkə əhalisi həmin həddə artıq bu il çatacaqdı. Ç.Veytsinin sözlərinə görə, son illər ÇXR-də 90 milyon ailə “bir ailə-bir uşaq” prinsipinə qoşulmuşdur.
Lakin demoqrafik sahədə bir sıra problemlər hələ də qalmaqdadır. Bunlardan biri cinslər arasında tarazlığın pozulmasıdır. Belə ki, ölkədə hər 100 qıza 119 oğlan düşür.
ÇXR-də demoqrafiya siyasətinin prinsipləri 1970-ci illərdə formalaşmağa başlamışdır. Çin hakimiyyət orqanlarının fikrincə, doğumun qarşısının alınması ölkənin uzunmüddətli və öncül vəzifələrindən biri olaraq qalacaqdır.
Xatırladaq ki, bu il Çin əhalisinin sayı 1,3 milyard nəfəri keçmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]