Çin Mərkəzi Bankı ölkə iqtisadiyyatını dəstəkləyəcək
Bakı, 24 sentyabr, AZƏRTAC
Çinin Mərkəzi Bankı zəifləyən iqtisadiyyatı genişmiqyaslı stimullaşdırıcı tədbirlərlə dəstəkləməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə mövcud daşınmaz əmlak kreditləri üzrə faiz dərəcələrini azaldacaq. Beləliklə, maliyyə bazarı əlavə olaraq təxminən trilyon yuan (təxminən 125,5 milyard avro) likvidliklə təmin ediləcək.
Mərkəzi Bank Çində valyuta və pul siyasətinə cavabdeh olan orqandır. Onun həyata keçirdiyi tədbirlər dünyanın ikinci ən böyük iqtisadiyyatında stabil artımı dəstəkləmək məqsədi daşıyır.
Qeyd edək ki, ÇXR-də daşınmaz əmlak böhranı xeyli müddətdir iqtisadi göstəricilərə mənfi təsir edir. Dövlət tərəfindən boş mənzillərin geri alınması ilə bağlı proqram isə hələlik nəticə vermir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]