Çin qitələrarası ballistik raket buraxıb
Pekin, 25 sentyabr, AZƏRTAC
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) raket qüvvələri Sakit okeanın açıq suları istiqamətində döyüş başlıqlı qitələrarası ballistik buraxıb.
AZƏRTAC xəbər verir ki, Çinin Müdafiə Nazirliyi raketin dənizdə planlaşdırılan zonaya düşdüyünü açıqlayıb. Nazirlik sınaq buraxılışının illik təlim planına uyğun icra edildiyini, beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə uyğun olduğunu, heç bir ölkəyə və ya obyektə qarşı yönəlmədiyini bəyan edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” futbol klubunda kadr dəyişikliyi baş verib
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]