Çin Şimali Koreya ilə ABŞ-ı birbaşa danışıqlara başlamağa çağırıb
Pekin, 8 mart, AZƏRTAC
Çinin xarici işlər naziri Van İ Koreya Xalq Demokratik Respublikasını (KXDR) və ABŞ-ı birbaşa danışıqlara başlamağa çağırıb.
AZƏRTAC xəbər verir ki, nazir martın 8-də Pekində Ümimçin Xalq Nümayəndələri Yığıncığanın sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında bu barədə bəyanat verib.
“Pxençan Qış Olimpiya Oyunları dövründə KXDR heç bir nüvə silahı sınağı keçirmədi və ABŞ Cənubi Koreya ilə birgə planlaşdırdığı hərbi təlimləri təxirə saldı. Çinin irəli sürdüyü bu təşəbbüs KXDR məsələsinin həlli üçün düzgün yoldur”, - deyə Çin rəsmisi bildirib.
Van İ əlavə edib ki, indi Koreya yarımadasında nüvə silahı məsələsi ilə əlaqəsi olan tərəflər üçün səmimiyyəti yoxlamaq vaxtıdır. Çunki hər dəfə yarımadada gərginlik zəifləyəndən bir müddət sonra narahat və bədxah fəaliyyət yaranıb. Beynəlxalq ictimaiyyət kimin nüvə silahı məsələsinin dinc yolla həllinə çalışdığına və kimin gərginlik yaratdığına diqqət yetirməlidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]