Çində 18 şaxtaçı mədəndə zəhərlənərək ölüb VİDEO
Pekin, 5 dekabr, AZƏRTAC
Çinin cənub-qərbində yerləşən Çunçin bələdiyyəsi ərazisindəki kömür mədənində karbon monoksid qazından zəhərlənmə nəticəsində 18 şaxtaçı ölüb.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, dekabrın 4-də axşamüstü baş verən hadisədən sonra mədəndə axtarış işlərinə başlanılıb. Nəticədə 18 şaxtaçının meyiti aşkarlanıb, bir nəfər isə sağ tapılıb.
Məlumata əsasən, 1975-ci ildən istismar olunan həmin mədəndə hasilat 2 ay əvvəl dayandırılıb. Qəza vaxtı mədəndə olan şaxtaçılar isə avadanlığın demontaj işləri ilə məşğul imişlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin