Çində əsas obyektlərdə təhlükəsizlik nəzarəti gücləndiriləcək
Bakı, 22 iyun, AZƏRTAC
Çin Xalq Respublikasının sədri Si Cinpin ölkənin şimalında Ninsya-Huey Muxtar Rayonunda restoranlardan birində 31 nəfərin həlak olması ilə nəticələnən partlayışdan sonra əsas obyektlərdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi barədə göstəriş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Daha əvvəl Sinxua Agentliyi partlayışın səbəbinin qaz sızması olduğunu bildirib. Hadisə Ninsya-Huey Muxtar Rayonunda İnçuan şəhərində Çin vaxtı ilə saat 20:40-da baş verib. Yaralıların hamısı yaxınlıqdakı xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti çox ağırdır.
Polis hadisə yerindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]