Çində leysan yağışları ilə əlaqədar xəbərdarlıq elan edilib
Pekin, 20 iyun, AZƏRTAC
Çinin bir neçə bölgəsində leysan yağışları ilə əlaqədar “mavi” səviyyədə xəbərdarlıq elan edilib.
AZƏRTAC xəbər verir ki, Çinin Meteorologiya Mərkəzi Yünnan, Quycou, Hunan, Ciansi, Anhuy, Cıcian əyalətləri, habelə Quansi Cuan, Tibet və Daxili Monqolustan muxtar rayonlarında gün ərzində şiddətli yağışların müşahidə olunacağı barədə məlumat yayıb. Bəzi yerlərdə yağıntının miqdarının aylıq normanı ötəcəyi, ildırım və fırtına olacağı proqnozlaşdırılıb.
Meteorologiya Mərkəzi yerli hökumətlərə leysan yağışlarının törədə biləcəyi fəsadlara hazır olmaq barədə tövsiyə verib. Uşaq bağçalarına və məktəblərə şagirdlərin təhlükəsizliyini diqqətdə saxlamaq tapşırılıb. Yollara su dolmaq ehtimalı ilə əlaqədar sürücülərə ehtiyatlı olmaq tövsiyə edilib.
Qeyd edək ki, Çində anormal hava şəraiti ilə əlaqədar dördpilləli xəbərdarlıq sistemi var. Ən aşağı səviyyə “mavi”, ardınca “sarı” və “narıncı”, ən yüksək isə “qırmızı”dır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]