ÇİNDƏ NARKOTİK DAŞIYAN İKİ RUSİYALINI AĞIR CƏZA GÖZLƏYİR
Uzaq Şərq Gömrük İdarəsinin mətbuat xidmətindən bildirmişlər ki, hələ martın 16-da Çinin Manşi şəhəri aeroportunun nəzarət məntəqəsində Primorye diyarının Dalneqorsk şəhərinin 28 və 35 yaşlı sakinləri saxlanılmışdır. Yoxlama zamanı onların mədələrində üst-üstə 921 qram heroin aşkar edilmişdir.
Çin müstəntiqlərinin məlumatına görə, 2006-cı ilin fevralında rusiyalılar Xarbinə gəlmiş və burada Boris adlı birisi ilə görüşmüşlər. Yeni tanış onlara narkotiklərin daşınmasına görə adama 500 dollar qazanmağı təklif etmişdir. Martın əvvəllərində onlar Juyli şəhərində Çin vətəndaşından heroin almışdılar və onu Borisə verməli idilər. Lakin Manşi aeroportunda İctimai təhlükəsizlik idarəsinin əməkdaşları saxlamışlar.
Narkotiklərin daşınması faktı üzrə ÇXR Cinayət Məcəlləsinin 347-ci maddəsinə əsasən, Rusiya vətəndaşları barəsində cinayət işi qaldırılmışdır. Bu maddədə ölüm cəzası nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]