Çində üzgüçülük üzrə marafon yarışı keçirilib
Pekin, 17 sentyabr, AZƏRTAC
Beynəlxalq Üzgüçülük Federasiyasının (FİNA) 10 kilometrlik marafon yarışı seriyasının növbəti raundu Çində keçirilib.
AZƏRTAC xəbər verir ki, Cıcian vilayətindəki Çindao gölündə təşkil edilən yarışda 14 ölkədən 120-dən çox idmançı yarışıb.
Kişilərin yarışında Böyük Britaniyadan olan Cək Börnel 1 saat 56 dəqiqə 34,8 saniyəlik nəticə ilə, qadınların mübarizəsində isə Çin idmançısı Sin Sin 2 saat 6 dəqiqə 22,6 saniyəlik nəticə ilə qalib olublar.
Qeyd edək ki, FİNA-nın 10 kilometrlik marafon yarışı seriyası il ərzində 6-8 ölkədə keçirilir. Çində təşkil olunan yarış seriyanın 7-ci mərhələsi olub. Sonuncu mərhələ noyabrın 9-da Abu Dabidə keçiriləcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]