Çində zəncirvari qəzada 100-dən çox avtomobil toqquşub
Bakı, 23 fevral, AZƏRTAC
Çinin Suzhou şəhərində şaxta və qar səbəbindən buz bağlayan yolda 100-dən çox avtomobil bir-birinə çırpılıb.
AZƏRTAC “NBC news” telekanalına istinadla xəbər verir ki, zəncirvari qəza nəticəsində onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb. Həkimlər xəstəxanaya yerləşdirilən yaralılardan altısının vəziyyətini ağır olaraq qiymətləndirir.
Çin Meteorologiya İdarəsi ölkənin mərkəzi və cənub hissəsində yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq yayıb. ÇXR hökuməti soyuq havanın yaratdığı qəfil və təhlükəli vəziyyətlərə hazır olmaq üçün bölgədəki bütün qüvvələri səfərbər edib.
Hakimiyyət orqanları qəzanın baş verdiyi yolda nəqliyyatın hərəkətinin bərpa olunduğunu və faktla bağlı araşdırma aparıldığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]