Çinin neft-qaz hasilatı artıb
Pekin, 8 aprel, AZƏRTAC
Yanvar-fevral aylarında Çinin xam neft hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq 31,8 milyon tona çatıb.
AZƏRTAC Çin Milli İnkişaf və İslahatlar Komitəsinə istinadla xəbər verir ki, hesabat dövründə ölkədə 93,9 milyon ton neft emal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz azdır. Ölkədə neft istehlakı isə 14,1 faiz azalıb.
Komitənin məlumatına əsasən, yanvar-fevral aylarında təbii qaz hasilatı 6,1 faiz artsa da, idxal 4,1 faiz azalıb. Ölkədə təbii qaz istehlakı 1 faiz çoxalaraq 52,7 milyard kubmetrə çatıb. Hökumət hava çirkliliyi ilə mübarizə tədbirləri çərçivəsində təbii qaz istehlakını çoxaldaraq onun ümumi enerji istehlakındakı payını 10 faizə çatdırmağı hədəfləyir.
Qeyd edək ki, Çin dünyanın ən çox xam neft idxal edən ölkəsidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]