CİNAYƏT TÖRƏTDİKLƏRİNƏ GÖRƏ 33 NƏFƏR TUTULMUŞDUR
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 13 şəxs yaxalanaraq istintaq orqanlarına təhvil verilmişdir. Daxili işlər orqanlarının əməkdaşları qanunsuz silah-sursat saxlanılması ilə bağlı 3, narkotiklərlə əlaqədar 12 fakt aşkarlamışlar. Gün ərzində baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölmüş, 7 adam yaralanmışdır. 2 yanğın zamanı insan tələfatı olmamışdır.