CNN: ABŞ və Böyük Britaniya Yəməndə 30 hədəfə zərbə endirib
Bakı, 4 fevral, AZƏRTAC
Birləşmiş Ştatlar və Britaniya şənbə günü Yəməndəki husi üsyançılarının ən azı 30 hədəfinə zərbə endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumat görə, zərbələrin hədəfləri arasında nəzarət və rabitə mərkəzləri, yeraltı arsenal, həmçinin husilərin silahlarının saxlandığı yerlər var.
Şənbə günü səhər saatlarında ABŞ Mərkəzi Komandanlığı Yəməndə husilərə məxsus altı gəmi əleyhinə qanadlı raketin məhv edildiyini bildirib.
Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Ənsar Allah hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib.
Qeyd edək ki, 2023-cü ilin noyabr ayının ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]