Co Bayden Konqresdən təbii fəlakətlərlə mübarizəyə daha 4 milyard dollar ayrılmasını xahiş edir
Bakı, 1 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden ölkədə bu yaxınlarda baş vermiş təbii fəlakətlərin vurduğu zərərin ödənilməsinə daha 4 milyard dolların ayrılması xahişi ilə Konqresə müraciət edib.
AZƏRTAC xəbər verir ki, Prezident Co Bayden dəfələrlə bildirib ki, son həftələr meşə yanğınları və daşqınlardan zərər çəkənlər bərpa işləri üçün lazım olan qədər federal yardım alacaqlar. Müraciətdə qeyd olunan məbləğ administrasiyanın daha öncədən bu ay bir sıra dövlət proqramlarının maliyyələşdirilməsi çərçivəsində tələb etdiyi 12 milyard dollara əlavədir.
ABŞ ölkənin müxtəlif yerlərində, Havayda meşə yanğınları, “İdalia” qasırğası və Vermont ştatında daşqınlar da daxil olmaqla, qeydə alınan təbii fəlakətlərlə üzləşib.
Co Bayden həmçinin vəd edib ki, “İdalia” qasırğasının güclü ziyan vurduğu Florida, Corciya, Şimali Karolina və Cənubi Karolina ştatlarına yardım ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]