Coğrafiya İnstitutunda CİS üzrə təlim təşkil edilib
Bakı, 20 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və İtaliyanın Milli Tədqiqat Şurasının “Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və CİS əsasında tədqiqi” layihəsi çərçivəsində üçgünlük təlimi olub.
Bu barədə AZƏRTAC-a Coğrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, institutda ödənişsiz olaraq SNAP proqram təminatından istifadə etməklə “Məsafədən zondlama: ətraf mühitin monitorinqi üçün peyk müşahidə mənbələri" mövzusunda dərslər keçirilib. Dərslər italiyalı professor Gian Luigi Liberti tərəfindən aparılıb.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.