Con Kennedinin kiçik bacısı vəfat edib
Bakı, 18 iyun, AZƏRTAC
ABŞ-ın 35-ci prezidenti Con Kennedinin kiçik bacısı Cin Kennedi Smit 92 yaşında dünyasını dəyişib.
AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə Cin Kennedi Smitin qızı Kim bildirib.
Nəşrin məlumatına görə, Cin Kennedi Smit iyunun 17-də Nyu-Yorkun Manhattan rayonundakı evində vəfat edib. Beləliklə, Cozef və Roza Kennedilərin doqquz övladlarından heç biri sağ qalmayıb.
Cin Kennedi Smit 1928-ci il fevralın 20-də anadan olub. 1993-1998-ci illərdə ABŞ-ın İrlandiyadakı səfiri vəzifəsində çalışıb. O, Şimali İrlandiya sülh prosesində vacib rol oynayıb, 1998-ci il aprelin 10-da regiondakı münaqişənin siyasi nizamlanmasına dair Belfast sazişinin imzalanmasına töhfə verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
- 08.10.2026 [11:38]
Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir
- 08.10.2026 [11:36]
Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb
- 08.10.2026 [11:19]