COVID-19 barədə ümumavropa məlumat saytının təqdimatı olub
Budapeşt, 16 iyun, AZƏRTAC
Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış xüsusi sayt bu gündən fəaliyyətə başlayıb. Bu saytın köməyi ilə Avropa İttifaqına üzv ölkələrin sakinləri zəruri məlumatlar, ən başlıcası Aİ ölkələrinin hər birindən pandemiya ilə bağlı qaydalara dair doğru məlumat əldə edəcəklər.
AZƏRTAC xəbər verir ki, “reopen.europa.eu” saytında Aİ-yə üzv ölkələrin 24 dilində nəqliyyatın vəziyyəti, gigiyena tələbləri, ticarət və əyləncə obyektlərinin iş rejimi, maska taxmaq rejimi və s. barədə məlumatlar dərc edilir.
Bu resurs sayəsində insanlar indi Aİ ölkələrinə səfərlərini planlaşdıra və artıq təhlükələrdən qoruna bilərlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]