Cüdo üzrə Azərbaycan millisinin baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasına üzv seçilib
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının (ACF) həkimləri İstanbulda Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo Birliyinin Tibb komissiyalarının birgə təşkilatçılığı ilə keçirilən seminarda iştirak ediblər.
AZƏRTAC ACF-yə istinadla xəbər verir ki, seminarda Azərbaycanın cüdo üzrə yığmalarının baş həkimi Ramil Vəliyev Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib.
O, gələn ildən Avropa Cüdo Birliyinin təqvimində olan yarışlarda komissar həkim kimi fəaliyyət göstərəcək. R.Vəliyev Avropa Cüdo Birliyinin Tibb Komissiyasında fəaliyyət göstərəcək ilk azərbaycanlı həkim olacaq.
“Avropa Cüdo Birliyinin Tibb Komissiyasına üzv seçildiyim üçün qürur hissi keçirirəm. Son bir ildə Azərbaycan Cüdo Federasiyası elmi yanaşmaya və təhsilə xüsusi önəm verir, həmçinin cüdonun ölkədə hərtərəfli inkişafı üçün böyük səylər göstərir. Bu il ərzində federasiyanın həkimləri, fizioterapevtləri və masajçıları bir çox beynəlxalq və yerli seminarlarda iştirak ediblər. Bu vəzifəyə təyin olunmağımla əlaqədar Azərbaycan Cüdo Federasiyasına, Avropa Cüdo Birliyinə və bütün cüdo ailəsinə təşəkkürümü bildirirəm”, - deyə R.Vəliyev bildirib.
Qeyd edək ki, R.Vəliyev 2012-ci ildən cüdo üzrə milli komandalarının həkimi vəzifəsində çalışır və 2021-ci ildən baş həkim təyin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]