Cüdo üzrə millimizin təlim-məşq toplanışı davam edir
Bakı, 13 iyul, AZƏRTAC
Cüdo üzrə Azərbaycan milli komandası Şahdağ Qış-Yay Turizm Kompleksində təlim-məşq toplanışında iştirak edir.
AZƏRTAC xəbər verir ki, “Rio-2016” Yay Olimpiya Oyunlarına hazırlıqlarını davam etdirən cüdoçularımız gün ərzində iki dəfə məşq keçirlər.
Azərbaycanda iyulun 17-də təlim-məşq prosesini başa vuracaq milli komandamız daha sonra Almaniyaya yollanacaq. Cüdoçularımız hazırlıqları Berlin şəhərində davam etdirəcəklər.