CÜDOÇU ELMAR QASIMOV ÜMUMDÜNYA UNİVERSİADASININ BÜRÜNC MEDALINA İDDİALIDIR
Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycanlı cüdoçu Elmar Qasımov (100 kq) Belqradda keçirilən Ümumdünya Universiadasının bürünc medalına sahib olmaq iddiasındadır.
Qasımov bu yarışlarda çıxışının əvvəlində misirli Ramadan Dərvişlə görüşdə qələbədən başlamışdır. Sonra Britaniya nümayəndəsi Teodor Spalbinq-Makintoşu məğlub etmiş həmyerlimiz dörddə bir finalda rusiyalı Sergey Samoyloviçə uduzmuşdur. Samoyloviç finala çıxmış, azərbaycanlı cüdoçu isə bürünc medal uğrunda mübarizəni davam etdirmək imkanı qazanmışdır. Birinci təsəlli görüşündə Elmar Qasımov monqol Batulqa Temuleni, sonra isə çinli Jin Linqom Yuanı məğlub etmişdir.
Bürünc medal uğrunda görüşdə Elmar Qasımovun rəqibi Belarus nümayəndəsi Yevgeni Biadulin olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]