Cüdoçularımız Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışında iştirak ediblər
Bakı, 27 fevral, AZƏRTAC
Beynəlxalq yarışlara hazırlığı davam etdirən cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışında olublar.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə dörd gün ərzində keçirilən təlim-məşq toplantısında aparıcı idmançılarımız iştirak ediblər. Toplantıya Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları da qatılıblar.
Ümumilikdə, Düsseldorf toplanışında 86 ölkədən 800-dən çox cüdoçu iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]