Cüdoçularımız nüfuzlu yarışlara Özbəkistan yığması ilə birlikdə hazırlaşır
Bakı, 1 sentyabr, AZƏRTAC
Özbəkistanın gənc cüdoçulardan ibarət milli komandası Bakıda təlim-məşq toplanışına qatılıb.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, böyüklər və gənclərdən ibarət yığmamızla birlikdə təşkil olunmuş hazırlıq prosesində 100-ə yaxın idmançı iştirak edir. Avqustun 19-da start götürən toplanışa bu gün yekun vurulacaq.
Təlim-məşq prosesi 7-10 sentyabrda Niderlandın Haaqa şəhərində gənclər arasında keçiriləcək Avropa çempionatına, 4-8 oktyabrda Portuqaliyanın Odivellas şəhərində gənclər arasında təşkil olunacaq dünya çempionatına, 22-24 sentyabrda Bakıda baş tutacaq Böyük Dəbilqə turnirinə və Fransanın Monpelye şəhərində böyüklər arasında olacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır.