Cüdoçularımız Portuqaliya Qran-Pri yarışında iştirak edəcəklər
Bakı, 25 yanvar, AZƏRTAC
Cüdoçularımız yanvarın 28-30-da Portuqaliyanın Almada şəhərində keçiriləcək Qran-Pri yarışında iştirak edəcəklər.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizi turnirdə kişilərdən ibarət milli komandanın baş məşqçisi Mövlud Mirəliyevin və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında 12 cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq), Zelim Çkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə Aydan Vəliyeva, Şəfəq Həmidova (48 kq) və Səbinə Əliyeva (52 kq) güclərini sınayacaqlar.
Turnirdə 45 ölkədən 400-ə yaxın idmançının iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]