CULFA RAYONUNDA ƏHALİNİN SOSİAL MÜDAFİƏSİNƏ DİQQƏT ARTIRILMIŞDIR
Əlillərə müalicə xidməti göstərilməsi də diqqətdən yayınmamışdır. Onlardan 5 nəfəri sanatoriya müalicəsinə, 3 nəfəri Nabran istirahət evinə, 3 nəfəri Bakı, 3 nəfəri isə Naxçıvan şəhərindəki əlillərin bərpa mərkəzlərinə göndərilmişdir. Bir nəfər azyaşlı əlil müalicə almaq üçün Rusiyaya yola salınmışdır.
Culfa Rayon Məşğulluq Mərkəzinin direktoru Ramiz Allahyarovun verdiyi məlumata görə, ötən il mərkəzdə qeydə alınmış 302 nəfər işsiz vətəndaşın 166 nəfəri daimi işlə təmin olunmuşdur. Qeydə alınanların 80 nəfərinə işsizlik statusu verilmişdir. Peşə hazırlığı kurslarına göndərilən 16 nəfərin 15-i ixtisası üzrə işlə təmin olunmuşdur.