ELM VƏ TƏHSİL
DAAD rəhbərliyi Bakı Ali Neft Məktəbində infosessiya keçirib
![](/files/galleryphoto/2023/3/1200x630/16980521685495819304_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16980521681658546503_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16980521686521765201_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16980521681038938024_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16980521684341412472_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/169805216877741472_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698052168914565465_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16980521683911960548_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698052168316842240_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698052169288632358_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698052169924312163_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16980521693068522010_1200x630.jpg)
Bakı, 23 oktyabr, AZƏRTAC
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul və ofisin Azərbaycan üzrə layihə koordinatoru Sevər Qarayeva SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. Onlar tələbələrə DAAD haqqında, təklif olunan təqaüd proqramı və seçim prosesi barədə məlumat verib, sualları cavablandırıblar.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Sonra rektor Elmar Qasımov qonaqlarla görüşərək BANM-lə DAAD arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, DAAD təqaüdü qazanan tələbələr arasında BANM tələbələri üstünlük təşkil edir və bu il 7 BANM tələbəsi DAAD-ın təqaüdünü qazanıb. Rektor bu il BANM-də DAAD-ın təqaüdü ilə “Neft hasil edən ölkələrdə enerji keçidi” mövzusunda 16 alman tələbənin iştirak etdiyi beynəlxalq yay məktəbinin uğurla həyata keçirildiyini də bildirib.
Regional rəhbər BANM-lə əməkdaşlığın perspektivlərindən danışaraq vurğulayıb ki, BANM tələbələri çox savadlı, bilikli və bacarıqlıdırlar.