Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağ mədən sənayesinin inkişafı, islahatlar və maliyyə mexanizmləri müzakirə olunub

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də “Dağ mədən sənayesinin inkişafı, islahatlar və maliyyə mexanizmləri” mövzusunda təbdir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov tədbirin proqramı barədə məlumat verib.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov on bir ayın nəticəsinə görə dağ-mədən sektorundan müştərilərinin dövriyyəsinin 3 milyard manata çatdığını və bank qarşısında öhdəliklərin 700 milyon manatı ötdüyünü bildirib. “Müştərilərimiz sayəsində digər sahələrdə olduğu kimi dağ-mədən sektorunda da ildən-ilə təcrübəmiz, biliyimiz artır. Biz dağ-mədən sektoru ilə əməkdaşlıq etməkdə maraqlıyıq, keyfiyyətli və əlverişli maliyyə tərəfdaşı olaraq xidmət göstərməyə, həmin sektorun iştirakçılarına bir maliyyə institutu kimi dəstək olmağa hazırıq”, - deyə T.Kazımov qeyd edib.

“Dağ-mədən sektorunda aparılan islahatlar və sahənin inkişaf perspektivləri” mövzusunda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, dağ-mədən sektorunda azad rəqabət mühitinin formalaşdırılması və şəffaflığın təmin edilməsi üçün bu ildən etibarən yerin təkinin istifadəyə verilməsi hərraclar vasitəsilə həyata keçirilir. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə 16 yataq sahəsində 40 Lot üzrə hərrac keçirilərək yer təki sahələri istifadəyə verilib. İlin sonuna qədər daha 29 Lot üzrə hərracın keçirilməsi nəzərdə tutulur. 2022-ci ildən etibarən işğaldan azad olunan bölgələr də daxil olmaqla hərracların keçirilməsi əsas prioritetlərdən olacaq.

Nazir bildirib ki, sahibkarlara dəstək olmaq məqsədilə agentlik tərəfindən keçirilmiş hərraclarda qalib olmuş şirkətlərə İqtisadiyyat Nazirliyinin Sahibkarlara Kömək Fondunun dəstəyi ilə Paşa Bank ASC tərəfindən aşağı faizlə kreditlər verilib. Bununla əlaqədar digər sahibkarlıq subyektləri tərəfindən banka müraciətlər çoxalıb. Həmçinin bank tərəfindən dağ-mədən sektorunda müasir avadanlıqların və texnologiyanın tətbiq olunması ilə əlaqədar yeni maliyyələşmə mexanizmləri təklif olunur.

M.Babayevin sözlərinə görə, eyni zamanda, yeni ildən etibarən mədən tullantılarının və təbii resursların səmərəli idarə olunması istiqamətində önəmli qərarlar qəbul edilərək sahibkarlara məlumat veriləcək. Mədən sənayesində tam şəffaflığın təmin edilməsi və sahibkarlar tərəfindən bütün əməliyyatların elektron formatda yerinə yetirilməsi məqsədilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən “elektron qeydiyyat və nəzarət sistemi platforması” qısa müddətdə istifadəyə veriləcək. Əsas məqsəd platforma vasitəsilə vaxt itkisi olmadan elektron formada müraciətlərin, hesabatların və icazə sənədlərinin verilməsi və hər bir istismarçının şəxsi kabineti vasitəsilə əməliyyatların cari vəziyyətinin izlənilməsini təmin etməkdir.

“Yerin təki haqqında qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə vahid inzibatçılıq mexanizmlərinin təmin edilməsi” mövzusunda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli yerin təki istifadəçilərinə əlverişli şəraitin və investisiya mühitinin yaradılması ilə bağlı bu il vergi qanunvericiliyinə bir sıra dəyişikliklər edildiyini diqqətə çatdırıb: “Bildiyiniz kimi, bu günlərdə Milli Məclis Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı Qanunu qəbul edib. Həmin qanunda dağ-mədən sektorunda yerin təki istifadəçiləri ilə bağlı da bir sıra dəyişikliklər nəzərə alınıb. Belə ki, investorlar üçün vergi və maliyyə yükünü azaldılması, sektorda investisiya mühitinin cəlbediciliyinin artırılması, habelə hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər təklif edilib və müvafiq razılaşdırmalardan keçərək qəbul olunub.

Belə ki, dəyişiklikliyə əsasən, geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının - neft və qaz yataqları istisna olmaqla - axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər əsasında 75 faiz azaldılacaq. Bu da investorlar üçün vergi və maliyyə yükünün azaldılması ilə gələcək hasilatadək xərclərin optimallaşdırılması imkanı yaratmış olacaq.

Hazırkı dövrdə hasilat sənayesi üçün əlverişli olan işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi nəzərdə tutulur ki, bu zaman həmin güzəştlər investorların maraqlarına xidmət edən təşviq aləti kimi çıxış edəcək.

Qanunvericiliyə edilmiş digər bir dəyişiklik neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləğinin həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla azaldılmasıdır.

Bununla da filiz və qeyri-filiz faydalı qazıntılar hasil edən vergi ödəyiciləri real sektorun iştirakçıları olduğundan, habelə tikinti sektorunda və sement istehsalı sahəsində xüsusi əhəmiyyət daşıdığından, bu sahədə fəaliyyət göstərən vergiödəyicilərinin xərclərinin vergi yolu ilə optimallaşdırılmasına və maya dəyərinin azaldılmasına xidmət edəcək.

Eyni zamanda, növbəti il üçün Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə yerli əhəmiyyətli tikinti materialları yəni kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı üzrə bələdiyyə büdcəsinə ödənilən mədən vergisinin dövlət vergilərinə aid edilməsi nəzərdə tutulur”.

“Dağ-mədən sektorunun inkişafında “AzerGold” QSC-nin rolu” mövzusunda çıxış edən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimovun sözlərinə görə, zəngin təbii resurslardan səmərəli istifadə edərək, onları sosial rifaha, iqtisadi inkişafa çevirmək, metallurgiya sahələrinin modernləşdirilməsinə töhfə vermək rəhbərlik etdiyi qurumun fəaliyyətinin əsas qayəsini təşkil edir. Həmin məqsədlə “AzerGold” QSC fəaliyyət dövrü ərzində 285 min unsiya qızıl, 560 min unsiya gümüşün ixracına nail olub. Bu illər ərzində qiymətli metalların satışından ölkə iqtisadiyyatına 755 milyon manat cəlb edilib. 5 il ərzində vergi və sosial ödənişlər qismində dövlət büdcəsinə 72.2 milyon manat məbləğində vəsait ödənilib. Fəaliyyətə başladığı dövrdən mənfəətlə çalışan Səhmdar Cəmiyyətin audit olunmuş maliyyə hesabatına əsasən ötənilki xalis mənfəəti 82 milyon manat təşkil edib. Qarşıya qoyulan illik hasilat, ixrac və satış hədəflərinin təmin olunması başa vurmaqda olduğumuz 2021-ci ildə də müsbət tendensiyanın qorunub saxlanılacağına əsaslar yaradır.

“Hazırda Cəmiyyətimiz “Çovdar”, “Ağyoxuş 1” və “Mərəh” qızıl yataqlarında hasilat aparır. Paralel olaraq bir neçə yatağın yaxın illərdə istismara verilməsi üçün müvafiq işlər görülür. Belə ki, hasilat işləri ilə yanaşı, ehtiyatların artırılması istiqamətində intensiv kəşfiyyat və tədqiqat işləri demək olar ki, fasiləsiz davam etdirilir. Fəaliyyət dövrü ərzində 222 min metrə yaxın buruqqazma işləri həyata keçirilib. Cəmiyyət tərəfindən reallaşdırılan müvafiq tədqiqatlar nəticəsində istismarına hazırlıq görülən yataqların əlvan metal resursları qəbul edilmiş beynəlxalq standartlara əsasən, qızıl ekvivalentində unsiya olaraq 179 min unsiyadan 4 milyon 447 min unsiyaya qədər, ümumilikdə 24 dəfə artırılıb”, - deyə Z.İbrahimov qeyd edib.

“Dağ-mədən sektorunda kiçik və orta sahibkarlığın inkişafı” mövzusunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Hümbətov KOBİA-ya daxil olmuş müraciətlər, keçirilmiş sorğu və görüşlər əsasında qum-çınqıl hasilatı sahəsində əsas problemlərinin təsnifatlaşdırıldığını, onların öyrənilməsi, bu sahədə müvafiq işlərin görülməsi məqsədilə aidiyyəti qurumların, Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının və KOBİA nümayəndələrindən ibarət yanında İşçi qrupu yaradıldığını qeyd edib: “İşçi qrupu tərəfindən ölkə üzrə fəaliyyət göstərən karxanalarda monitorinqlərin təşkil edilməsi, sahibkarlıq subyektləri ilə görüşlərin keçirilməsi və müvafiq hesabatın hazırlanması nəzərdə tutulur”.

Tədbir təqdimat və panel müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH