Dağıstanda baş verən zəlzələ “Bakı-Novorossiysk” neft kəmərinə ziyan vurmayıb
Moskva, 20 oktyabr, AZƏRTAC
Dağıstanda baş verən zəlzələ nəticəsində “Bakı-Novorossiysk” neft kəmərinə ziyan dəyməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Demin məlumat verib.
O bildirib ki, Xəzər dənizinin Dağıstana aid hissəsində oktyabrın 19-da baş vermiş zəlzələ 4,5-5 bal gücündə olub. Zəlzələnin mərkəzindən 250 kilometr aralıdan keçən “Bakı-Novorossiysk” neft kəmərində heç bir zədə aşkarlanmayıb, bütün obyektlər ştat rejimində işləyir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
- 24.09.2026 [11:29]
Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]