Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” işğalçı Ermənistanın növbəti siyasi şousudur

Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” işğalçı Ermənistanın növbəti siyasi şousudur

Ankara, 2 aprel, AZƏRTAC

Martın 31-də Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər” keçirməsi beynəlxalq hüquqa zidd olmaqla bərabər, regionda sülhə və inkişafa ən böyük təhdiddir. Baş verənlər bir daha göstərir ki, təcavüzkar Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarında iştirak etməsi görüntü xarakterlidir. Əsl həqiqət odur ki, qarşı tərəf Azərbaycan ərazisinin 20 faizinin işğalından əl çəkmək niyyətində deyil.

Yeri gəlmişkən, qeyd etməliyik ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz “seçkiləri” heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmayıb. Kimin hansı münasibətdə olmasından asılı olmayaraq, Ermənistan tərəfindən “seçkilər” adı verilən bu hadisə beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü, nəhayət, mehriban qonşuluq və dostluq prinsiplərinə kəskin şəkildə ziddir. Məlum olduğu kimi, bu “seçki” şousu artıq pislənməkdədir. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər, nüfuzlu KİV-lər və görkəmli şəxsiyyətlər bu “seçkiləri” məqsədli təxribat, Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirirlər.

Saxta “seçkilər”dən dərhal sonra Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq qurumlar işğalçı Ermənistanın təxribatçı fəaliyyətinə qarşı etiraz səslərini bir daha ucaltdılar. O cümlədən Türkiyə, Böyük Britaniya, Estoniya, Latviya, Moldova, Serbiya, Almaniya, İtaliya, Ukrayna, Gürcüstan, İran və sair ölkələr bu “seçkiləri” tanımadıqlarını rəsmi şəkildə bəyan etdilər. Bəyanatlarda xüsusilə qeyd olunur ki, qondarma “seçkilər” Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qızışmasına təsir göstərə biləcək siyasi addımdır.

Bu barədə fikir və mülahizələrimizi əsaslandırmaq üçün sözügedən hadisəyə qarşı siyasi münasibətlərdən bəzi məqamlara və faktlara diqqət yetirək:

-Azərbaycanın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatında deyilir ki, Ermənistan tərəfindən ərazilərin işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan heç bir hüquqi qüvvəyə malik deyildir;

-Avropa İttifaqının Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə bağlı bəyanatında bildirilir ki, qurum 2020-ci il martın 31-də Dağlıq Qarabağda “seçkilərin” keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır;

-Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsindəki görüşlərin keçirildiyi bir dövrdə işğal altındakı torpaqlarda saxta “seçkilər”in təşkil olunması sülh yolu ilə uzunmüddətli həllə yönəldilən cəhdlərə zərbə vuran bir təhrikdir. ATƏT-in Minsk qrupu daxil olmaqla beynəlxalq ictimaiyyəti bu “seçkiləri” tanımamağa çağırırıq;

-ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi isə belədir: “Həmsədrlər bu “seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, münaqişənin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər”. NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar da ATƏT-in Minsk qrupu ilə eyni mövqedədirlər.

Dağlıq Qarabağda keçirilmiş qondarma “parlament və prezident seçkiləri” Bosniya və Herseqovina ziyalılarını da hiddətləndirib. Bu barədə məqalə dərc etdirən “İntellektuallar Assosiasiyası”nın prezidenti Adil Kulenoviç baş vermiş bu qanunsuzluğu tənqid edib. Monteneqro mətbuatında Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsində mart ayının 31-də keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni pisləyən məqalələr dərc olunub.

Başqa bir misal. Türkiyənin ölkəmizdəki sabiq səfiri, görkəmli diplomat Hulusi Kılıç deyib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində qondarma “prezident və parlament seçkiləri”nin keçirilməsi siyasi əxlaqsızlığın son həddidir. Bu addım BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə təhqirdir.

...Heç şübhəsiz, təcavüzkar Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçı rejim işğal altındakı ərazilərdə qondarma “seçkilər” təşkil edərkən Azərbaycan tərəfi başda olmaqla dünya ictimaiyyətinin bu məsələyə kəskin etiraz edəcəyini yaxşı bilirdilər. Belə olan halda, Azərbaycan işğal altındakı ərazilərində qondarma “seçki” düzəltmək siyasi şoudan başqa bir şey deyildi.

Sonda daha iki məqamı qeyd etmək zəruridir. Birincisi, ekspertlərin də dediyi kimi, bu qondarma “seçkilər”in tarixinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə salınması həqiqətən də siyasi həyasızlığın son həddidir. İlk baxışda bu tarixin seçilməsi adi bir təsadüf kimi görünə bilər. Lakin əminliklə qeyd edə bilərik ki, bu qondarma “seçkilər” və onun tarixi məhz erməni toplumunda müsəlman-türk düşmənçiliyi yaratmaq strategiyasının davamıdır. Digər tərəfdən, dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası, sözün həqiqi mənasında, Ermənistanda tüğyan edir. Region ölkələrinin hərbi birlikləri arasında yeganə Ermənistan ordusunda koronavirusa kütləvi yoluxmalar var. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının sürətlə yayılmasından narahatdır. ÜST rəhbərliyi sülhsevər dünya ictimaiyyətinə yeni növ koronavirusa qarşı birgə mübarizə çağırışı etdiyi halda, Ermənistan hakimiyyəti kütləvi yoluxma üçün münbit şərait yaradır. Heç şübhəsiz ki, ən yaxın vaxtda ermənilər haray salıb dünya ictimaiyyətindən koronavirusla mübarizə adı altında ianə yığmağa başlayacaqlar. Bəli, “Məzlum ermənilər virusdan qırılır” şüarı ilə dilənmək təcrübələrini və məharətlərini burada da işə salacaqlar. Bir sözlə, öz xalqının sağlamlığını qorunmaq əvəzinə Dağlıq Qarabağda qondarma “seçkilər” şousu düzəltmək təcavüzkar tərəfin siyasi riyakarlığından başqa bir şey deyil.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər