Dan Stav: Bakı Şopinq Festivalı iqtisadiyyatın diversifikasiyası üçün atılan mühüm addımlardandır
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan hökuməti ölkədə turizmin inkişafı üçün çox müsbət addımlar atır. Bütün bunlar iqtisadiyyatın diversifikasiyası çərçivəsində baş verir. Bakı Şopinq Festivalı da Azərbaycanda bu istiqamətdə atılan ən mühüm addımlardandır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İsrailin Bakıdakı səfiri Dan Stav festivalın saytına açıqlamasında deyib.
“Festival Bakını turistlərə tanıtmaq üçün ən mühüm vasitələrdəndir. Bakı artıq Formula-1, İslam Həmrəyliyi Oyunları və Birinci Avropa Oyunlarından sonra kifayət qədər tanınır. Düşünürəm ki, festivalın burada - Bakıda keçirilməsi çox vacibdir. Bakı, həm də turistləri cəlb edən tarixi şəhərdir. İdeya baxımından da festival çox müsbətdir, çünki bu, bir çox biznes növlərinə - yaşayış obyektlərinə, restoranlara, nəqliyyat xidmətlərinə öz töhfəsini verəcək. Festival müddətində daha çox iş yeri yaranacaq. Ümid edirəm ki, bu proses davamlı olacaq”, - deyə səfir söyləyib.
Diplomat İkinci Şopinq Festivalı müddətində Bakıda olduğu üçün özünü şanslı hesab etdiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]