DAŞINMALARIN ÇOXU TRANZİT YÜKLƏRİN PAYINA DÜŞMÜŞDÜR
Dövlət Xəzər Dəniz Gəmiçiliyi ötən il Avropa-Qafqaz-Asiya (Avrasiya) beynəlxalq nəqliyyat dəhlizinin Xəzər dənizindəki marşrutları üzrə 8 milyon 487 min ton müxtəlif təyinatlı yük daşımışdır.
Gəmiçiliyin informasiya və mətbuat şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daşınmaların 7 milyon 729 min tonunu tranzit yüklər təşkil etmişdir.