Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri vətəndaşlarla görüşəcək
Bakı, 5 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova dekabrın 11-də Cəlilabad şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev Prospekti 242) Cəlilabad, Biləsuvar, Masallı və Yardımlı rayonlarından olan vətəndaşlarla görüşəcək.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, saat 11:00-dan etibarən keçiriləcək görüşdə vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Görüşə gəlmək istəyənlər (012) 510-84-30 (daxili:72-65) nömrəli telefonla və ya [email protected] elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 8 saylı Cəlilabad Ərazi İdarəsinə (telefon: 055 2494923, elektron ünvan: [email protected]) 10 dekabr saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]