Daşkəsənin ucqar dağ kəndlərində qarın hündürlüyü 25-30 santimetrə çatıb
Gəncə, 5 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Dekabrın 3-dən başlayaraq Daşkəsən ərazisinə qarın yağması davam edir. Rayonun ucqar dağ kəndlərində qarın hündürlüyü 25-30 santimetrə, rayon mərkəzində isə 15-20 santimetrə çatıb.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev deyib.
O bildirib ki, “31 saylı Yol İstismarı” İdarəsi mütəmadi olaraq yollarda yaranmış çətinlikləri aradan qaldırır, qabaqlayıcı tədbirlər görür. Rayonda elektrik enerjisinin, qazın, rabitənin və içməli suyun verilişində fasilə yaranmayıb.