Davit Matikaşvili: Xaricdən maliyyə dəstəyi alan QHT-lər Gürcüstana ziyan vururlar
Tbilisi, 28 fevral, AZƏRTAC
Xarici maliyyə dəstəyi ilə fəaliyyət göstərən QHT-lər Gürcüstanın dövlətçiliyinə ziyan vurur. Bu məsələlər “USAID skandalı” fonunda ortaya çıxıb.
Bu sözləri Gürcüstan Parlamentinin Prosedur məsələləri və qaydalar komitəsinin sədri Davit Matikaşvili parlamentdəki çıxışı zamanı söyləyib.
Bildirilib ki, Gürcüstan Parlamentinin reqlamentinə edilən dəyişikliklərlə, parlamentdə ictimai qərarların qəbulunda qeyri-hökumət təşkilatlarının (QHT) iştirakının məcburiliyi barədə maddə ləğv olunur.
Davit Matikaşvili bildirib ki, son zamanlar bir çox QHT-lər Gürcüstanın milli maraqlarını deyil, maliyyə yardımı aldıqları ölkələrin və təşkilatların maraqlarını müdafiə edirlər. O, xarici maliyyə ilə fəaliyyət göstərən bəzi “yerli” QHT-lərin dövlətçiliyə və demokratiyaya ziyan vurduğunu, məsələlərin “USAID skandalı” fonunda ortaya çıxdığını bildirib.
Qeyd olunub ki, yeni qanun layihəsi ilə QHT-lər yalnız maraqlı olduqları məsələlərdə iştirak edə biləcəklər, amma onların iştirakı məcburi olmayacaq. Bundan əlavə, qanunla Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin seçilmə proseduru dəyişir, yalnız parlamentin beşdə üçü tərəfindən dəstəklənən namizəd MSK üzvü seçilə bilər.
Qeyd edək ki, dəyişikliklərin təşəbbüskarı “Gürcü arzusu” fraksiyası və “Xalqın gücü” siyasi qrupu olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]