Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAXİLİ İŞLƏR NAZİRİ GENERAL-POLKOVNİK RAMİL USUBOVUN ÇIXIŞI

-Möhtərəm Prezident, cənab Ali baş komandan!

Hörmətli qonaqlar, əziz həmkarlar!

Bu gün Azərbaycan polisinin peşə bayramı, onun yaranmasının 89-cu ildönümüdür. Bu bayram günündə hər birimizə böyük fərəh, hədsiz sevinc anları yaşadan, qürur və iftixar bəxş edən önəmli tarixi məqam isə təntənəli mərasimimizdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı cənab İlham Əliyevin iştirakıdır.

Zati-aliləri, vaxt tapıb peşə bayramımızda iştirak etdiyinizə görə, icazə verin, bütün şəxsi heyət adından və öz adımdan Sizə dərin minnətdarlığımızı bildirim.

Hörmətli mərasim iştirakçıları!

Yaranma tarixi Azərbaycan Demokratik Respublikası dövründə polis orqanlarının təsis edildiyi 2 iyul 1918-ci ildən başlayan Azərbaycan polisinin peşə bayramı əbədiyaşar Prezidentimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə təsis olunmuşdur. Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gördüyü möhtəşəm işlərin miqyası, o cümlədən daxili işlər orqanlarının formalaşmasında və inkişafındakı rolu son dərəcə böyük və əvəzsizdir.

Xüsusi qeyd etmək istəyirəm ki, məhz ulu öndərimizin müdrik və uzaqgörən rəhbərliyi ilə həyata keçirilən qətiyyətli tədbirlər, aparılan quruculuq işləri və hərtərəfli islahatlar Daxili İşlər Nazirliyi sistemində də xidmətin beynəlxalq standartlar səviyyəsində təşkilinin möhkəm əsasını qoydu. İmzaladığı fərman və sərəncamlar, göstərdiyi qayğı daxili işlər orqanlarının inkişafında mühüm əhəmiyyət kəsb etməklə bərabər, həm də idarəetmədə keyfiyyətcə yeni prinsiplərin və təkmilləşmələrin tətbiqini sürətləndirdi.
Qarşımızda qoyduğu mühüm vəzifələrin ötən illər ərzində uğurla yerinə yetirilməsi nəticəsində orqan və hissələrdə xidməti hazırlığın yüksəlməsi, intizamın güclənməsi, mənəvi-psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması sahəsində ciddi irəliləyişlərə nail olundu. Şəxsi heyətimiz isə bu diqqəti doğma Azərbaycana, onun dövlət başçısına, Ali baş komandana sadiqliyi ilə doğrultdu. Əməkdaşlarımız və hərbi qulluqçularımız cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilmiş vəzifələrini layiqincə yerinə yetirdilər. Xalqımızı, ölkə ictimaiyyətini narahat edən dövlət çevrilişlərinin, kütləvi iğtişaşların qarşısının alınmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində respublikanın digər hüquq mühafizə orqanları ilə çiyin-çiyinə qətiyyət, yüksək peşəkarlıq, anda sədaqət nümayiş etdirdilər.
Zati-aliləri, məruzə edirəm ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının şəxsi heyəti 1695 şəhid vermiş, 1710 əməkdaşı və hərbi qulluqçusu yaralanmışdır.
Asayişin mühafizəsi, cinayətkarların qarşısının alınması zamanı isə, öz vəzifələrini yerinə yetirən 71 əməkdaşımız həlak olmuş, 1240 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Göstərdikləri igidliyə və xidməti borca sədaqətə görə daxili işlər orqanlarının 2208 əməkdaşı və hərbi qulluqçusu yüksək dövlət mükafatlarına layiq görülmüş, o cümlədən 76 nəfərə “Milli Qəhrəman” adı verilmişdir.
Möhtərəm cənab Prezident!
Sizin daxili işlər orqanlarına olan gündəlik tələb və qayğınız, habelə xidmətin müasir dünya standartlarına uyğun təşkilinə dair qəbul etdiyiniz mühüm qərarlar şəxsi heyətin peşəkarlıq səviyyəsini artırmış, onların sosial müdafiəsini, yaşayış və iş şəraitini, struktur qurumların maddi-texniki bazasını köklü surətdə yaxşılaşdırmışdır.
Zati-alinizin rəhbərliyi ilə geniş vüsət almış quruculuq işlərinin məntiqi nəticəsi olaraq, Azərbaycan polisinin yaranmasının 84-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə ümummilli liderimiz Heydər Əliyevin verdiyi tapşırıq və tövsiyələr də uğurla yerinə yetirilmişdir.
Ötən dövrdə nazirliyin Polis Akademiyasında ən yüksək tələblər səviyyəsində tədris və məişət korpusları, xüsusi təchiz olunmuş auditoriyalar, idman kompleksi, sıra meydanları və s. istifadəyə verilmişdir. İndi akademiyada ixtisaslı polis kadrlarının hazırlanması üçün hər cür şərait yaradılmışdır.
Ulu öndərimizin tapşırığına uyğun olaraq, Polis Akademiyasının əyani fakültəsində təhsilə orta məktəbi bitirmiş məzunların sırasından daha hazırlıqlı və yüksək intellektual potensiala malik gənclərin cəlb edilməsi məqsədi ilə qəbul planı 4 dəfə artırılmışdır. Hazırda bu təhsil müəssisəsində 1787 nəfər, o cümlədən əyani fakültədə 844 müdavim təhsil alır. Hər il planlaşdırdığımız buraxılışın sayı hüquqşünaslara olan tələbatımızı tam ödəyir. Bu sahədə dövlət və hökumət səviyyəsində nazirliyə göstərilən əməli köməyin, görülmüş tədbirlərin məntiqi nəticəsi olaraq, orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşlarımızın xüsusi çəkisi 1994-cü illə müqayisədə 58,3 faizdən 90 faizədək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi isə 33,3 faizdən 71 faizədək artmışdır.

Hörmətli cənab Prezident!

Hörmətli mərasim iştirakçıları!

Möhtərəm Prezidentimizin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş Dövlət proqramına müvafiq olaraq, şəxsi heyətin vəzifə və rütbəyə görə maaşları artırılmış, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təminində mühüm əhəmiyyət kəsb edən xeyli sayda avadanlıq, avtomobil, xüsusi texnika və vasitələr alınmışdır. Nazirliyin bir çox struktur qurumları üçün lazımi şəraiti olan yeni inzibati binaların inşası və təchizatı da həyata keçirilmişdir.

Möhtərəm cənab Prezident!

Göstərdiyiniz qayğı və etimad fəaliyyətimizdə mühüm stimul olmaqla, əməkdaşlarımızı daha yaxşı işləməyə, xidməti vəzifələri böyük ruh yüksəkliyi ilə yerinə yetirməyə səfərbər etmişdir. Eyni zamanda, Daxili İşlər Nazirliyi sistemində idarəçiliyin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, qanunçuluğun və daxili təhlükəsizliyin möhkəmlənməsinə öz müsbət təsirini göstərmişdir.

Bu baxımdan, onu da məruzə edirəm ki, ölkənin qanunlarından, Sizin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanınızdan irəli gələn tələblərin icrası ilə əlaqədar olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə çox ciddi diqqət yetirilir. Son beş ildə respublikanın əksər şəhər və rayonlarında 1188 vətəndaş qəbul edilmiş, bütün ərizə və şikayətlər xüsusi nəzarətə götürülərək, böyük əksəriyyəti müsbət həll olunmuşdur. Bu istiqamətdə işlər sizin tələb və tövsiyələrinizə uyğun şəkildə davam etdirilir.

Zati-aliləri, məruzə edirəm ki, 1996-cı ildən başlayaraq, respublikamızın bütün ərazisində kriminogen durum köklü sürətdə müsbətə doğru dəyişmiş və ötən dövrdə ağır cinayətlər törətmiş 13 mindən çox cinayətkarı birləşdirən 1766 cinayətkar dəstə zərərsizləşdirilmişdir. Axtarışda olan 63 minə yaxın təqsirləndirilən şəxs tutularaq məsuliyyətə cəlb edilmiş, 35 minə yaxın odlu silah yığılmışdır. Asayişin təmininə, cinayətkarlıqla mübarizənin nəticələrinə görə respublikamız uzun müddətdir ki, MDB, eləcə də Şərqi Avropa məkanında ən öncül yerlərdən birini tutur. 

Ümummilli liderimiz Heydər Əliyev 2003-cü il iyulun 1-də daxili işlər orqanlarının şəxsi heyətinə müraciətində demişdir: “Dövlətimizin güclənməsi, demokratiyanın inkişafı, qanunun aliliyinin təmin edilməsi sahəsində biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik”. Bu tövsiyəyə uyğun olaraq, qarşımızda duran ən əsas vəzifələrdən biri böyük çətinliklər və gərgin səylər hesabına qazanılmış müsbət mövqeləri əldən verməmək, uğurlardan arxayınlaşmamaq, onları qoruyub saxlamaq və daha da artırmaqdır.

Bunun üçün polisin kifayət qədər qüvvəsi, potensialı, kadr ehtiyatı vardır. Biz xidməti vəzifələrini vicdanla yerinə yetirən peşəkarlarımızla, öz andına sadiq olub polis adını uca tutan, habelə cinayətkarlıqla mübarizədə həyatını qurban vermiş həmkarlarımızla fəxr edirik.

Mən bugünkü təntənəli mərasimdə Polis Akademiyasının növbəti buraxılışının məzunlarına da müraciət etmək istəyirəm. Siz xalqa, Vətənə xidmət etmək kimi müqəddəs bir peşə seçmisiniz. Polis həmişə cinayətkarlıqla mübarizənin ön cərgəsindədir. Ölkəmizin vətəndaşları əmin olmalıdırlar ki, onlar cinayətlə, qanunsuzluqla üzləşəndə kömək və qayğını məhz polisdə tapacaqlar, hər bir şəxsin hüququ və qanuni mənafeyi dövlətin bütün gücü ilə qorunacaqdır. Daxili işlər orqanları üçün ən böyük və obyektiv qiyməti isə xalqın inamıdır: nazirliyə və bütövlükdə hər bir konkret əməkdaşa olan inam. Böyük zəhmətlər hesabına əldə olunmuş bu inamı yüksək qiymətləndirmək və onu hər gün möhkəmləndirmək hər birinizin şərəf borcudur.

Hörmətli mərasim iştirakçıları!

Azərbaycan Respublikası Prezidentinin iki gün öncə imzaladığı sərəncamlarla cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə 50 əməkdaşımız dövlət mükafatına, habelə 4 rəhbər vəzifəli şəxs ali xüsusi rütbəyə layiq görülmüşdür.

Mötərəm cənab Prezident!

İcazə verin, bu ali diqqətə görə bütün şəxsi heyət adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirim və məruzə edim ki, biz ulu öndər Heydər Əliyevin bu günə və gələcəyə ünvanlanmış “Polis elə xidmət etməlidir ki, xalq onu sevsin” kəlamını heç zaman unutmayacağıq.

Zati-aliləri, ölkəmizdə daxili sabitliyin, əmin-amanlığın, bütün sahələrdə gedən inkişafın, dünyada analoqu olamayan iqtisadi artımın təşkilatçısı və təminatçısı kimi Sizə xalqın ayrılmaz hissəsi olan daxili işlər orqanları şəxsi heyətinin böyük inamı, dərin hörməti və ehtiramı vardır.

Heydər Əliyev ideyalarına sadiq olan Azərbaycan polisi öz xalqını və doğma Vətənini uğurlu fəaliyyəti ilə firavan gələcəyə aparan dövlət başçısının əldə etdiyi hər bir müvəffəqiyyətdən qürur, iftixar duyur. 

Cənab Ali baş komandan!
Çıxışımın sonunda Sizi bir daha əmin etmək istəyirəm ki, biz ölkəmizdə cinayətkarlığa qarşı mübarizəni bundan sonra da əzm və qətiyyətlə davam etdirəcək, daxili təhlükəsizliyin, xalqın asayişinin keşiyində daim ayıq-sayıq dayanacaq, bütün əmr və göstərişlərinizi əzmlə yerinə yetirəcək, nümunəvi xidmətlə xalqın hörmət və məhəbbətini daha çox qazanmaq tələbinizi dönmədən həyata keçirəcəyik.
Diqqətinizə görə sağ olun!
X X X
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev mərasimdə nitq söylədi.
X X X
Prezident İlham Əliyev Polis Akademiyasının məzunları Vüqar Ağayevə,  Raciv Almazova və Asif  Behbudova fərqlənmə diplomlarını təqdim etdi.
Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş polis baş leytenantı Vüqar Ağayev yaş kötüyünə rəmzi xatirə lövhəsini vuraraq dedi:
“Cənab Ali baş komandan, 2007-ci il məzunlarının rəmzi xatirə lövhəsini yaş kötüyünə vuraraq and içirəm: Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək, Silahlı Qüvvələrin Ali baş komandanının hər bir əmrinə hər an hazır olacağam”.
Sonra döyüş bayrağını dördüncü kurs müdavimlərinə təhvil verən polis leytenantı Azad Əliyev dedi:
“Davamçım, xalqımızın azadlıq və istiqlal ideyalarını, milli varlığını, ərazilərimizin bütövlüyü olan bu bayrağı sənə təhvil verirəm. Ulu öndər Heydər Əliyevin müqəddəs ruhunu özündə yaşadan və hər birimizi Azərbaycan uğrunda daha böyük zəfərlərə çağıran bu bayrağı öpür və sənə təhvil verirəm. Mübariz keşikdə ayıq-sayıq ol!”
Dördüncü kurs bayraqdarı müdavim Cəsarət Mustafazadə döyüş bayrağını təhvil alaraq dedi:
“Həmkarım, and içirəm ki, təhvil aldığım bu bayrağın keşiyində ayıq-sayıq duracaq, öz qanımı və canımı əsirgəmədən onu şərəflə qoruyacağam. Ulu öndər Heydər Əliyevin ruhunu yaşadan bu müqəddəs bayrağı öpür və təhvil alıram”.
Sonra “Azərbaycan polisi” marşı ifa olundu.
Polis Akademiyasının məzunları və daxili işlər orqanlarında çalışan zabitlər mətin addımlarla Ali baş komandanın olduğu tribunanın qarşısından keçdilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb